Türkiyədə Milli Təhlükəsizlik Şurasının ötən həftə keçirilmiş aylıq toplantısında qəbul edilən qərara görə, ölkənin əsas kəşfiyyat strukturunun rəhbəri gələn ay öz postunu tərk edəcək. Xəbərlərə görə, Milli İstihbarat Təşkilatının (MİT) direktoru Əmrə Tanerin vəzifəsindən getməsinin səbəbi formal olaraq
onun pensiya yaşına çatması ilə əlaqələndirilir. 67 yaşı tamam olan Ə.Tanerə daha 6 ay bu vəzifəni tutmaq təklif olunub, ancaq o, təklifdən imtina edərək iyunun 15-də istefaya çıxmağı qərara alıb. Ə.Taner peşəkar kəşfiyyatçıdır, xüsusi təyinatlı əməliyyatlar üzrə mütəxəssisdir və milli kəşfiyyat cameəsində böyük hörmətə malikdir. Müəyyən vaxta qədər o, MİT-in kifayət qədər güclü və peşəkar
kəşfiyyat qurumu kimi imicini qoruyub saxlaya bilib. Lakin son bir neçə ildə Türkiyə daxilində siyasi vəziyyətin radikal formada dəyişməyə başlaması MİT-in fəaliyyətinə də təsir edib. Dövlət qurumlarını bir-birinin ardınca nəzarət altına alan AKP və bu hakim partiyanı dəstəkləyən dini təriqətlər MİT-i parçalamağa və hakim partiyadan asılı duruma salmağa başlayıb. Hökumətin silahlı qüvvələrə qarşı hücumları artıb, yüksək rütbəli generallar bir-birinin ardınca terrorçu adı altında həbs edilib.Türkiyə mətbuatı yazır ki, MİT Azərbaycan prezidenti İlham Əliyevi də Dağlıq Qarabağda hərbi əməliyyatlara başlamaq qərarından son anda çəkindirib. Türkiyə kəşfiyyatının Ermənistanla münasibətlərin qurulması və Cenevrədə aparılan məxfi danışıqlar prosesində də effektiv hərəkət edə
bilmədiyi deyilir. Bu mərhələdə Rusiyanın siyasətini düzgün hesablaya bilməyən Türkiyə Azərbaycanla münasibətlərin korlanması ilə qarşı-qarşıya qalıb. Əvvəlcə Türkiyə Ermənistanı Rusiyadan qoparmaq planları qurub, lakin tezliklə məlum olub ki, Rusiyanın imkanları və bölgəyə təsiri düzgün hesablanmayıb. Nəticədə Türkiyə öz siyasətini dəyişdirərək, Qafqazda Rusiya ilə birgə hərəkət etmək qərarı verib. Bu isə ABŞ-la münasibətlərdə problem yaradıb................Musavat qazetinin siyasi bölümü yazar barəsində öz fikrini belə aciqlayır.................Təxmin etmək olar ki, MİT-in Azərbaycan iqtidarına bu cür təsirinin tarixi bir il yarım öncəyə dayanır. Məhz həmin vaxtlarda və ondan sonra İsveçrədə gizli olaraq Türkiyə-Ermənistan danışıqları gedirmiş.İndi belə aydın olur ki, MİT vasitəsilə Türkiyə iqtidarı əslində Azərbaycanı hərbi əməliyyatlardan ona görə çəkindirib ki, məxfi danışıqlar prosesi zədələnməsin, Türkiyənin etibarı aşağı düşməsin. Ötən il bu zamanlarda Azərbaycan iqtidarının rəsmi Ankaradan ciddi şəkildə inciməsinin və özünü bəlkə də gərəyindən artıq aqressiv aparmasının bir sirri də, belə görünür ki, bu məsələyə bağlıdır.Bu yazıdakı Azərbaycanla və ümumilikdə Türkiyə MİT-i ilə bağlı mötəbər xəbər bir daha təsdiq edir ki, Qarabağ məsələsi ilə bağlı Azərbaycan tərəfinin hərbi əməliyyatlara başlaması planı var; 2008-də bu planı Rusiya-Gürcüstan müharibəsi təxirə salıbsa, 2009-da da Türkiyə MİT-i buna imkan verməyib.İndi 2010-cu ildir.
17 iyul 2010 - 19:30
Xəbər kodu: 186600
İkinci Qarabağ savaşı an məsələsi imiş Türkiyənin kəşfiyyat rəhbəri Qafqazdakı uğursuzluğa görə vəzifəsindən gedir; Əmrə Taner vəziyyəti düzgün qiymətləndirməməyə görə tənqid olunur