Dini Liderlərin Ümumdünya Sammiti çərçivəsində Bakıda səfərdə olmuş bütün ermənilərin katolikosu II Qaregin Şəhidlər Xiyabanını da ziyarət edib. Bunu Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə deyib.
“Bütün ermənilərin katolikosu II Qareginə dedim ki, gedin Azərbaycanda bir şəhidlərə baxın, Qarabağda həlak olan şəhidlərin, orada uyuyan oğulların məzarına baxın. Onlar Şəhidlər Xiyabanına gecə ilə getmişdilər, adamlar olmayan vaxtda gedib baxmışdılar. Həqiqətən də ordakı mənzərədən çox təsirlənmişdilər”,- deyə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə müsahibəsində bildirib. Əziz qonağı danlamaq heç yaraşmayan işdir – xüsusilə də Şeyxə!
17 iyul 2010 - 19:30
Xəbər kodu: 186430
Dini Liderlərin Ümumdünya Sammiti çərçivəsində Bakıda səfərdə olmuş bütün ermənilərin katolikosu II Qaregin Şəhidlər Xiyabanını da ziyarət edib.