10 may 2026 - 17:27
Source: IRNA
General Abdullahinin Ali Baş Komandan, İmam Xamenei həzrətləri ilə görüşü keçirilib / Yeni tapşırıqlar verildi

Xatəmül-Ənbiya (səlləllahu əleyhi və alih) Mərkəzi Qərargahının komandanı Ali Baş Komandan, İmam Xamenei həzrətləri ilə görüşdə İran İslam Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən İran Ordusunun, SEPAH-ın, təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin, ölkənin sərhəd xidməti qüvvələrinin, Müdafiə Nazirliyinin və qəhrəman bəsicilərin (könüllülər) hazırlıq vəziyyəti ilə bağlı hesabat təqdim edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının bütün silahlı qüvvələrinin Xatəmül-Ənbiya (s) Mərkəzi Qərargahının komandanı general-mayor SEPAH pilotu Əli Abdullahı, Ali Baş Komandan, İmam Xamenei həzrətləri ilə keçirtdiyi görüşdə bildirib: İslam döyüşçüləri döyüş ruhiyyəsi, müdafiə və hücum hazırlığı, strateji planlar, eləcə də düşmən qüvvələri olan ABŞ və sionistlərin düşmənçilik addımlarına qarşı lazım olan texnika və silahlar baxımından yüksək hazırlıq səviyyəsinə malikdirlər və onların hər hansı strateji səhvi, təcavüzü və hücumu halında buna sürətli, sərt və güclü şəkildə cavab veriləcək.

O, İslam döyüşçüləri və silahlı qüvvələr adından Ali Baş Komandana əminlik verərək deyib: Onun göstərişlərinə tam itaətlə son nəfəsədək və canları bahasına İslam İnqilabının ideallarını, əziz İran torpağını, ölkənin hakimiyyəti və milli maraqlarını, eləcə də qeyrətli və cəsur İran xalqını müdafiə edəcək və kinli, xəbis və təcavüzkar düşmənləri öz çirkin niyyət və təcavüzkar planlarına görə peşman edəcəklər.

Bu görüşdə Ali Baş Komandan həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ölkənin qüdrətli silahlı qüvvələrinin şücaətli və cəsur döyüşçülərinə təşəkkür edib və üçüncü məcburi müharibə (Ramazan müharibəsi) zamanı verdiyi əvvəlki göstərişlərin davamı olaraq — hansı ki, ilahi inayət sayəsində diqqətçəkən qələbələrə səbəb olmuş və düşmənləri çirkin məqsədlərinə çatmaqda uğursuz etmişdi — əməliyyatların davam etdirilməsi və düşmənə qarşı qətiyyətli mübarizə üçün yeni və yolgöstərən tapşırıqlar verib.

Sizin rəyiniz

You are replying to: .
captcha