21 aprel 2026 - 15:05
Source: IRNA
"Xatəmül-Ənbiya" (s) Qərargahının komandanı: "Düşmənin öhdəlik pozuntusuna qəti cavab verməyə hazırıq"

"Xatəmül-Ənbiya" (s) Qərargahının komandanı: "Düşmənin öhdəlik pozuntusuna qəti cavab verməyə hazırıq"

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: "Xatəmül-Ənbiya" (s) Mərkəzi Qərargahının komandanı yayımladığı mesajda qeyd edib: "Silahlı qüvvələr hərbi döyüşlərin sükut şəraitində olduğu bir vaxtda, hər hansı vədin pozulmasına layiqli şəkildə cavab verəcəklər."

General-mayor Əli Abdullahi çərşənbə axşamı, aprelin 21-də, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaradılmasının ildönümü (22 aprel) münasibətilə göndərdiyi mesajda yazıb: "Qəhrəman İran xalqı bu gün SEPAH-ın və vətənin digər müdafiə qüvvələrinin strateji qüdrəti, hazırlığı və hərtərəfli imkanları ilə fəxr edir; o qüvvələr ki, sarsıdıcı və dağıdıcı raket və PUA zərbələri ilə sionist düşməni və terrorçu ABŞ-ni çarəsizliyə və tükənməyə sürükləyərək, onları acizanə şəkildə atəşkəs istəməyə məcbur etdilər."

Mesajın davamında deyilir: "İran xalqı meydanlarda və küçələrdə coşqun və geniş iştirakı ilə silahlı qüvvələrə dəstəyini dayandırmayıb."

"Xatəmül-Ənbiya" (s) Mərkəzi Qərargahının komandanı vurğulayıb: "İranın şücaətli silahlı qüvvələri, dövlət və şərəfli, heyrətamiz İran xalqı ilə birlikdə, Silahlı Qüvvələrin Ali Baş Komandanının tədbirlərinə tam tabe olaraq, vahid və həmrəy şəkildə düşmənin təhdidlərinə və hərəkətlərinə qətiyyətli, həlledici və dərhal cavab verməyə hazırdır."

General Abdullahi mesajının sonunda bildirib: "Silahlı qüvvələr üstün mövqedə olaraq, hərbi döyüşlərin sükut şəraitində, xüsusilə Hörmüz boğazının idarə edilməsi və nəzarətində ABŞ-nin yalançı və xəyalpərəst prezidentinə meydandakı vəziyyətdən sui-istifadə etməyə və yanlış, yalan ssenarilər qurmağa icazə verməyəcək və hər hansı vədin pozulmasına layiqli cavab verəcəkdir."

Sizin rəyiniz

You are replying to: .
captcha