19 aprel 2026 - 19:40
Source: IRNA
İİR Silahlı Qüvvələri Hörmüz boğazını əvvəlki vəziyyətə qaytardı \ Hürmüz boğazının nəzarəti İranın əlinə keçərək bağlandı

ABŞ-ın piratçılıq siyasətinin dalınca fasiləsis olaraq İran Silahlı Qüvvələri Hörmüz boğazını əvvəlki vəziyyətə qaytardı və  Hürmüz boğazının nəzarəti İranın əlinə keçərək bağlandı.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Silahlı Birləşmələrinin Xatəm əl-Ənbiya (s) Mərkəzi Qərargahının sözçüsü ABŞ-nin dəniz blokadasının davam etməsi səbəbindən Hörmüz boğazının yenidən bağlandığını elan etdi.

Xatəm əl-Ənbiya (s) Mərkəzi Qərargahının sözçüsü bildirib: Əvvəlki danışıqlarda əldə edilən razılaşmalara əsasən, İran İslam Respublikası məhdud sayda neft tankerinin və ticarət gəmilərinin Hörmüz boğazından idarə olunan şəkildə keçməsinə xoş niyyətlə razılıq verib. Lakin təəssüf ki, amerikalılar öhdəliklərini dəfələrlə pozaraq, sözdə blokada adı altında piratçılıq və dəniz quldurluğu ilə məşğul olmağa davam edirlər.

Bu səbəbdən Hörmüz boğazına nəzarət əvvəlki vəziyyətinə qayıdıb və bu strateji boğaz silahlı qüvvələrin ciddi idarəetməsi və nəzarəti altındadır.

Sizin rəyiniz

You are replying to: .
captcha