19 aprel 2026 - 18:57
Source: IRNA
Hizbullah Şiə Müqavimət Hərəkatının Kaş katibi atəşkəsdən sonrakı mərhələ üçün 5 şərti açıqladı

Hizbullah Şiə Müqavimət Hərəkatının Kaş katibi atəşkəsdən sonrakı mərhələ üçün 5 şərti açıqladı

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan Hizbullah Şiə Müqavimət Hərəkatının Baş Katibi Şeyx Nəim Qasim həzrətləri İranın Livana dəstəyinə görə təşəkkür edərək bildirib: “Döyüş meydanı əsas həlledici amildir və uğurlu siyasət onun nəticələrini güc mənbəyi kimi istifadə etməlidir.”

Şeyx Nəim Qasim həzrətləri atəşkəsdən sonrakı mərhələ üçün şərtləri belə sıralayıb:

1-ci addım: Livanın bütün ərazisində – hava, quru və dəniz istiqamətlərində – təcavüzün daimi şəkildə dayandırılması.

2-ci addım: Sionist rejim qüvvələrinin Livan torpaqlarından sərhəd xəttinə qədər tam geri çəkilməsi.

3-cü addım: Əsirlərin azad edilməsi.

4-cü addım: Sərhəd bölgələrində yaşayan əhalinin şəhər və kəndlərinə qayıdışı.

5-ci addım: Beynəlxalq və ərəblərin dəstəyi ilə, milli məsuliyyət çərçivəsində yenidənqurma prosesinin başlanması.

Bəyanatda qeyd olunub ki, Hizbullah milli suverenliyin təmin olunması məqsədilə yeni çərçivədə Livan hökuməti ilə ən yüksək səviyyədə əməkdaşlığa hazırdır.

Sizin rəyiniz

You are replying to: .
captcha