12 aprel 2026 - 21:48
Source: IRNA
ABŞ iki uçrum arasında, ya İrana Bac verib məğlubiyyətini qəbul etmək və ya İrana uduzduğu müharibəni davam etdirmək

Qalibaf: ABŞ qərar verməlidir – bizim etimadımızı doğrulda biləcək, ya yox

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf, “X” sosial şəbəkəsində yazıb:

İran nümayəndə heyətindəki həmkarlarım “Minab 168” çərçivəsində irəliyə yönəlik təşəbbüslər irəli sürdülər, lakin qarşı tərəf bu danışıqlar mərhələsində İran heyətinin etimadını qazana bilmədi. ABŞ bizim məntiq və prinsiplərimizi anladı və indi qərar verməlidir ki, bizim etimadımızı qazana bilər, ya yox.

Danışıqlardan əvvəl vurğulamışdım ki, bizdə xoş niyyət və zəruri iradə mövcuddur, lakin əvvəlki iki müharibənin təcrübəsinə əsasən qarşı tərəfə etimadımız yoxdur.

Biz hər zaman “qüdrət diplomatiyasını” İran xalqının hüquqlarının təmin edilməsi üçün hərbi mübarizə ilə yanaşı digər bir üsul hesab edirik və iranlıların qırx günlük milli müdafiəsinin nailiyyətlərini möhkəmləndirmək istiqamətində səylərimizi bir an belə dayandırmayacağıq. Danışıqlar prosesinin asanlaşdırılmasına görə dost və qardaş ölkə Pakistan hökumətinə təşəkkür edir, Pakistan xalqına salamlarımı çatdırıram.

İran 90 milyon canı olan vahid bir bədəndir. Ali Rəhbərin tövsiyəsi ilə xiyabanlara çıxaraq övladlarına dəstək verən və duaları ilə bizi müşayiət edən qəhrəman İran xalqına təşəkkür edir və eləcə bu 21 saat davam edən intensiv danışıqlarda iştirak edən həmkarlarıma da təşəkkürümü bildirirəm. Yaşasın və var olsun əziz İran!

Sizin rəyiniz

You are replying to: .
captcha