Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirinin hüquqi məsələlər üzrə müavini Kazım Qəribabadi, İran–ABŞ danışıqlarının çərçivəsində çıxış edərək bu raundun əvvəlkilərdən əsaslı şəkildə fərqləndiyini vurğuladı.
O, İran İslam Respublikasının bütün ssenarilərə tam hazır olduğunu, danışıqlara üstün mövqedən qatıldığını bildirərək deyib:
“Bu raundun əvvəlkilərdən fərqi ondadır ki, İran İslam Respublikası hər zaman böyük imkanlara malik olsa da, bu dəfə son müharibədə əldə edilən nailiyyətlər və qazanılan qələbələr, həmçinin milli birliyin güclənməsi nəticəsində danışıqlarda üstün mövqe ilə iştirak edir. Bunun əksinə olaraq, amerikalılar strateji hədəflərinə çata bilməyib və ciddi uğursuzluqlarla üzləşiblər; bu da İran üçün mühüm imkan yaradıb.”
Qəribabadi bildirib ki, İranın Hörmüz boğazında təsirli nəzarəti və hakimiyyəti əsas vasitələrdən biri olaraq qarşı tərəfi danışıqlar masasına gətirməkdə mühüm rol oynayıb.
İran İslam Respublikasının Xarici İşlər Nazirinin hüquqi məsələlər üzrə müavini əlavə edib ki, başqa amillər də təsir göstərsə də, bu iki faktor daha qabarıq şəkildə önə çıxır.
Sizin rəyiniz