Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, hazırda İran tarixinin xüsusi bir mərhələsində diplomatik mübarizə aparılır. O deyib:
“Diplomatiya hazırda bizim üçün müdafiə və müharibənin davamı kimidir və diplomatiya sahəsində gərgin bir mübarizə gedir. Mən İranın sədaqətli və anlayışlı xalqını əmin edirəm ki, diplomatik qurumda çalışan övladlarınız Vətənin müdafiəçiləri necə ki, buraxılış qurğularının (lançerlərin) yanında möhkəm dayandılar, onlar da ölkənin nailiyyətlərini möhkəmləndirmək və İranın varlığını müdafiə etmək üçün bütün imkanlarından istifadə edəcəklər.”
O əlavə edib ki, mesajların mübadiləsi bu gün səhər erkən saatlardan yenidən başlayıb və Pakistan ordusunun baş komandanı general Asim Munir, eləcə də Pakistanın baş naziri ilə çoxsaylı görüşlər və yaxşı danışıqlar keçirilib.
Bütün bu görüşlərdə əsas məsələ İran İslam Respublikasının mövqelərinin və tələblərinin çox açıq və aydın şəkildə çatdırılması olub və hazırda da Pakistan tərəfi ilə danışıqlar davam edir.
Sizin rəyiniz