Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti İran və ABŞ arasında Pakistanın İslamabad şəhərində aparılan danışıqlara toxunaraq bildirib: Bu gün qətiyyətli diplomatiya İranın milli gücü sayəsində regionun sabitliyinin qorunduğunun göstəricisidir.
Cənab doktor Qalibaf və onu müşayiət edən heyətin İslamabad danışıqlarında ağıllı iştirakı xalqın hüquqlarının möhkəmləndirilməsi iradəsinin davamıdır.
Vilayəti sonda əlavə edib: Beyrutda cənab Nəvaf Salam bilməlidir: Müqavimətin və qəhrəman Hizbullahın əvəzsiz rolunu görməzdən gəlmək Livanı bərpası çətin olan təhlükəsizlik riskləri ilə üz‑üzə qoya bilər. O vurğulayıb ki, Livanın sabitliyi yalnız dövlətlə müqavimət qüvvələrinin əməkdaşlığı sayəsində mümkündür.
Sizin rəyiniz