Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist rejimin işğalçı ordusu Livanın müxtəlif bölgələrinə genişmiqyaslı hava hücumları həyata keçirdiyini açıqlayıb.
Əl‑Cəzirə televiziya kanalı xəbər verib ki, İsrail rejiminin Livanın cənubundakı Haris şəhərinə endirdiyi hava zərbəsi nəticəsində bölgə güclü bombardmana məruz qalıb.
Məlumata görə, geniş hava hücumları dalğası Beyrut, Beyrutun cənub ətrafları (Zahiyə), Bəqa və Hərməl də daxil olmaqla müxtəlif bölgələri əhatə edib.
İsrail ordusu bildirib ki, əməliyyatın başlanmasından bəri ən şiddətli hücumda 10 dəqiqə ərzində 100‑dən çox hədəf vurulub.
Sizin rəyiniz