Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist mənbələr bildiriblər ki, İranın yeni raket hücum modeli – çoxbaşlıqlı raketlərin istifadəsi – İsrailin hava hücumundan müdafiə sistemlərində ciddi boşluqlar yaradıb və bu sistemlərin tutma qabiliyyətini ciddi çətinliklərlə üz-üzə qoyub.
Məlumata görə, İran onlarla kiçik başlıq daşıyan və onları təxminən yer səthindən 7 kilometr yüksəklikdə parçalayaraq yayılan ballistik raketlərdən istifadə edir. Bu üsulla İran İsrailin raketdən müdafiə strukturunda “taktiki boşluqdan” istifadə edir və faktiki olaraq bir raketi biraz zəif partlayış gücünə malik onlarla raketə çevirir.
İsrail mənbələri vurğulayıb ki, bu metod sionist rejimin müdafiə sisteminə ağır təzyiq yaradır və xüsusilə “Davudun Sapanı” və orta mənzilli sistemlərə aid tutucu raketlərin daha sürətlə tükənməsinə səbəb olur. Çünki ana raketdən ayrıldıqdan sonra xırda döyüş başlıqlarının “yağışı” ilə mübarizə xeyli çətinləşir.
Bildirilir ki, İran son beş həftə ərzində 500-dən çox ballistik raket buraxıb və onların əhəmiyyətli hissəsi çoxbaşlıqlı olub. Bəzi “Xurrəmşəhr” tipli raketlər təxminən 80 kiçik başlıq daşımaq qabiliyyətinə malikdir və beləliklə, bir nöqtəyə zərbə əvəzinə 13 kilometr radiusda ərazini əhatə edir.
Hərbi ekspertlər qeyd edirlər ki, bu tip təhdidlərə qarşı mübarizə üçün raketlərin çox yüksək atmosfer qatlarında tutulması vacibdir. Bu məqsədlə “Peykan-3” raketlərinin döyüş yükü ayrılmadan əvvəl hədəfi məhv etməsi tələb olunur. İsrail bu mərhələdə bir neçə ciddi problemlə üzləşir: bu raketlərin qiyməti təxminən 3 milyon dollar təşkil edir, istehsalı isə ABŞ-də "Lockheed Martin" zavodlarında həyata keçirilir və illik istehsal həcmi 20 ədəd olaraq göstərilir. 12 günlük müharibə zamanı 150 belə raketin istifadə edildiyi qeyd olunur və son müharibədən əvvəl də sionist rejim və ABŞ-nin bu raketlər üzrə ehtiyatları məhdud idi.
Sizin rəyiniz