6 aprel 2026 - 13:53
Source: IRNA
Londonun mərkəzində müharibə əleyhinə aksiya keçirilib / ABŞ və İsrailə ölüm şüarları səsləndirilib

Londonun mərkəzində müharibə əleyhinə aksiya keçirilib / ABŞ və İsrailə ölüm şüarları səsləndirilib

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İngiltərənin paytaxtı bu həftə ardıcıl beşinci həftədir ki, yüzlərlə vətəndaş fəalı, insan hüquqları qrupları və müxtəlif təbəqələrdən olan insanların ABŞ səfirliyi qarşısında keçirdiyi aksiyaya səhnə olub.

Aksiya iştirakçıları sionist rejimin təcavüzkar hərəkətlərini və Vaşinqtonun dəstəyini pisləyərək İran xalqı ilə həmrəyliklərini ifadə ediblər.

Toplaşanlar Minab şəhərində yerləşən “Şəcərəyi-Təyyibə” ibtidai məktəbinin məzlum şəhidlərinin şəkillərini əllərində tutaraq ABŞ və sionist rejimin təcavüzkar koalisiyasının terror əməllərini bəşəriyyətə qarşı açıq cinayət kimi qiymətləndirib və regionda hərbi avantüralara son qoyulmasını tələb ediblər.

 ABŞ səfirliyi qarşısında səsləndirilən anti-Amerika və anti-İsrail şüarları dünya ictimaiyyətinin müqavimət ideallarına bağlılığını bir daha nümayiş etdirib.

Sizin rəyiniz

You are replying to: .
captcha