1 aprel 2026 - 20:27
İspaniya Baş naziri: Trampın təhdidindən qorxmuram; İki dəfə aldanmayacağıq

Pedro Sançez, ABŞ-ın kütləvi qırğın silahları bəhanəsi ilə İraqa hücum iddiasının yalanına toxunaraq, Madridin iki dəfə aldanmayacağını və Trampın İrana qarşı müharibəyə qoşulmadığına görə təhdidindən qorxmadığını söylədi.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İrana qarşı müharibəyə qoşulmadığına görə ABŞ Prezidenti Donald Tramp tərəfindən ölkəsinin tənqid edilməsinə cavab olaraq İspaniya Baş naziri Pedro Sançez deyib: “İyirmi üç il əvvəl, kütləvi qırğın silahları tapılmadığı halda, bizi İraqa qarşı müharibəyə sürüklədiniz. Bizi iki dəfə aldatmaq olmaz!”

İspaniya Baş naziri Sançez, müxbirlərdən birinin verdiyi “Trampın İspaniyaya qarşı cavab tədbirlərindən qorxmursunuz?” sualın cavabında vurğuladı: “Xeyr, mən heç nədən qorxmuram, çünki mövqelərimizi aydınlaşdırmışam və sözlərimin üstündə dururam.”

Qeyd edək ki, Pedro Sançez bir neçə gün əvvəl etdiyi çıxışında, ABŞ və İsraili İrana qarşı "ədalətsiz və qanunsuz müharibəni" uzatmaqda günahlandırmış və vurğulamışdır: “İrana qarşı müharibə qarşısında susmaq uzaqgörənlik deyil, qorxaqlıq və cinayətə ortaq olmaqdır.”

İspaniya Baş nazirinin bu açıqlamaları ABŞ Dövlət Katibi Marko Rubionun bu yaxınlarda etdiyi bir çıxışda dediyi bir vaxta təsadüf edir: “İspaniyanın hava məkanından və hərbi bazalarından (İrana qarşı) istifadəsinə qarşı çıxması təəssüf doğurur!”

Sizin rəyiniz

You are replying to: .
captcha