1 aprel 2026 - 20:12
Fransa Trampa rədd cavabı verdi; Paris: Hörmüz boğazına müdaxilə etmək NATO-nun vəzifəsi deyil

Fransanın müdafiə naziri Trampın NATO-nun İrana qarşı təcavüzə qoşulmadığına görə etdiyi tənqidinə cavab olaraq bildirib ki, NATO, Hörmüz boğazında beynəlxalq hüquqa zidd olan əməliyyatlarda iştirak etməməlidir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Cəzirənin məlumatına görə, Fransanın müdafiə naziri ABŞ prezidenti Donald Trampın NATO-nun İrana qarşı müharibəyə qoşulmadığına görə etdiyi tənqidinə cavab olaraq deyib:

“NATO Avro-Atlantik bölgəsinin təhlükəsizliyi ilə əlaqəli olan hərbi ittifaqdır və Hörmüz boğazında, beynəlxalq hüquqa zidd olan əməliyyatlar aparmamalıdır.”

"Elis Ruffo" çıxışının başqa bir hissəsində əlavə edib: Livandakı sülhməramlı qüvvələrimiz (sionist rejimi tərəfindən) tamamilə qəbuledilməz hədə-qorxuya məruz qalıb.

O, əvvəllər Fransanın İrana hərbi müdaxilə edilməsinin effektsiz olacağını vurğulamışdı.

Sizin rəyiniz

You are replying to: .
captcha