31 mart 2026 - 20:02
Lavrov: Amerika və İsrail ərəb ölkələrini İranla qarşı-qarşıya qoymağa çalışırlar

Rusiya xarici işlər naziri elan etdi: Amerika və İsrail Fars körfəzinin ərəb ölkələrini İranla qarşı-qarşıya qoymağa çalışırlar.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: RİA Novostinin məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün, çərşənbə axşamı etdiyi çıxışında elan etdi: “Dünya qlobal nizamın strukturunda fundamental transformasiyanın ortasındadır.”

Rusiya xarici işlər naziri daha sonra əlavə edib: “Bəzi ölkələr son dövrlərdə sərhədi keçib və özlərini başqalarına məxsus ərazilərə sahib olmaq hüququna malik hesab edirlər.”

Sergey Lavrov sözünə davam edib: “Fars körfəzi böhranının daha genişmiqyaslı münaqişəyə çevrildiyinə dair əlamətlər var. Rusiya Fars körfəzi böhranını həll etmək və digər zəruri yardımları göstərmək üçün diplomatik vasitələrlə vasitəçilik rolunu oynamağa hazırdır.”

O, daha sonra əlavə etdi: “Amerika və İsrail Fars körfəzinin ərəb ölkələrini İranla qarşı-qarşıya qoymağa çalışırlar.”

Sizin rəyiniz

You are replying to: .
captcha