31 mart 2026 - 18:23
Video | İran raketləri Tel-Əvivi darmadağın etdi

Sionist mediası Tel-Əvivdəki həssas nöqtələrin İran raketləri tərəfindən hədəf alındığını açıqlayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Cəzirəyə görə, sionist xəbər mənbələri işğal olunmuş Fələstinin mərkəzində həyəcan siqnallarının işə salındığını bildiriblər.

Sionist mediası bu barədə məlumat verib: Təl-Əviv və ətraf ərazilərdə partlayış səsləri eşidilib. İran tərəfindən atılan raket Bnei Brak ərazisini dağıdıb.

Sionist Daxili Cəbhə Komandanlığı da elan edib: Livandan pilotsuz təyyarənin aşkarlanmasından sonra Qərbi Qalileyanın Ərəb Əl-Ərəmşa və Zariat ərazilərində sirena səsləri eşidilib.

Sionist təcili yardım xidmətləri Tel-Əviv yaxınlığındakı Bnei Brak və Betah Təkfa ərazilərinə İran raket qəlpələrinin düşməsi nəticəsində ən azı doqquz nəfərin yaralandığını açıqlayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha