Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının BMT‑nin Cenevrə ofisi yanında səfiri İsrailin məkrli planlarına qarşı region ölkələrinin birləşməsinə çağırıb və xəbərdarlıq edib ki, siyasi və hüquqi platformalarda İranı hədəfə almaqla İsraili cəsarətləndirməsinlər.
Əli Bəhreyni BMT‑nin İnsan Hüquqları Şurasının iclasında bildirib: “78 ildən artıqdır ki, regionumuz hər keçən an qlobal təhlükəsizliyi zəiflədən və bölgəmizi getdikcə daha çox xaosa sürükləyən bir varlığın bədəlini ödəyir. Bu əzab o zaman daha da artır ki, yanlış və uydurma hekayələr reallıqların yerini tutur və həqiqət kimi qəbul edilir; belə şəraitdə isə müdafiə edənlər düşmən kimi təqdim olunur.”
O əlavə edib: “İsrail rejimi hiyləgərliklə ABŞ prezidentini öz mənfur planlarının icraçısına çevirib. Belə bir vəziyyət bütün dünya üçün ciddi təhdid hesab olunur. İsrail yalnız İrana hücum etmir və ya təkcə Livanı hədəfə almır, hətta yalnız Fələstini zəiflətməyə çalışmır; o, regiondakı nizamın əsaslarına hücum edir və dünyanı xaos və qeyri‑sabitliyə doğru aparır.”
Sizin rəyiniz