Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti bəyanat yayaraq bildirib ki, həyati infrastruktura hücum mülki əhaliyə qarşı aparılan müharibədir.
Adı çəkilən komitə bildirib ki, bu müharibə dayandırılmalıdır; gərginliyin azaldılması üçün hər cür cəhd zəruridir.
Miryana Spulyarik verdiyi bu bəyanatda qeyd edib ki, həyati xidmətlərə və mülki infrastruktura qəsdən edilən hücumlar müharibə cinayətləri hesab oluna bilər.
O əlavə edib: Biz enerji, yanacaq, su və səhiyyə infrastrukturlarının zədələnməsi və məhv edilməsinin şahidi oluruq. Bu narahatedici proses yalnız Qərbi Asiyaya və ya son üç həftəyə aid deyil; bütün genişmiqyaslı münaqişələrdə baş verib. Lakin son günlər Yaxın Şərqdə gördüklərimiz geri dönüşü olmayan bir nöqtəyə çatmaq təhlükəsini artırır.
Sizin rəyiniz