Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiya xarici işlər naziri ABŞ və sionist rejimin İrana qarşı həyata keçirdiyi hücumlara münasibət bildirərək dedi: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafail Qrossinin Yaxın Şərqdə nüvə təhlükəsizliyinə qarşı nəzarətdən çıxmış addımlara verdiyi reaksiya çox qeyri‑kafidir.
Sergey Lavrov əlavə etdi: ABŞ və İsrail İranın yüksək səviyyəli rəhbərliyini və mülki infrastrukturunu hədəfə almaqla yanaşı, Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında olan nüvə enerji obyektlərinə də hücum ediblər.
Nazir sözlərinin başqa bir hissəsində bildirdi: Amerika Birləşmiş Ştatları və İsrailin İrana qarşı vəhşi hərbi təcavüzü qlobal ticarəti və dünya enerji təhlükəsizliyini təhdid edir.
Sizin rəyiniz