Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Tehran vilayətinin Təcili Yardım Mərkəzinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri düşmənin paytaxtda yerləşən bu mərkəzin binasına hava hücumu etdiyini bildirib.
Şervin Təbrizi bazar ertəsi jurnalistlərə açıqlamasında deyib: Bir neçə dəqiqə əvvəl Tehran Vilayətinin mərkəzi Təcili Yardım binası düşmənlərin hücumuna məruz qalıb və mərkəzə nisbətən böyük ziyan dəyib.
O, həmçinin xatırladıb: Bu hücum Təcili Yardım Mərkəzinin fəaliyyətində heç bir fasilə yaratmayıb və mərkəzin əməkdaşları xidmət göstərməyə davam edirlər.
Sizin rəyiniz