Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranın cənub-qərbində, Xuzistan vilayətində yerləşən qədim Şuştər şəhəri tarixlə yoğrulmuş məkan kimi tanınır. Şəhərin dünya şöhrəti təkcə qədimliyi ilə deyil, həm də qədim mühəndislik elminin bənzərsiz şah əsəri ilə bağlıdır.
Şuştərin tarixi su qurğuları vahid və ağıllı su idarəetmə sistemi kimi 2009-cu ildə İranın UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilən onuncu abidəsi olub. UNESCO bu kompleksi “bəşəriyyət zəkasının şah əsəri” adlandırıb.
Kökləri Əhəmənilər dövrünə (e.ə. V əsr) gedib çıxan bu kompleks Sasani dövründə (miladi III əsr) ən yüksək inkişaf mərhələsinə çatıb. Tanınmış arxeoloq Jan Dölafua bu məkanı sənaye inqilabından əvvəlki ən böyük sənaye kompleksi kimi qiymətləndirib.
Sizin rəyiniz