26 fevral 2026 - 21:42
Source: IRNA
Oman XİN başçısı: İİR-ABŞ Danışıqlarında yaradıcı və müsbət ideyalar mübadilə olunub

Oman XİN başçısı: İİR-ABŞ Danışıqlarında yaradıcı və müsbət ideyalar mübadilə olunub

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Oman xarici işlər naziri Bədr əl-Busaidi İran və ABŞ arasında danışıqlarda tərəflərin istirahəti üçün verilmiş fasilədən sonra bildirib ki, bu gün yaradıcı və müsbət ideyalar mübadilə olunub.

Əl-Busaidi bu gün, cümə axşamı “X” sosial şəbəkəsində yazıb: Bu gün Cenevrədə yaradıcı və müsbət ideyaların mübadiləsi aparılıb və hazırda tərəflər (İran-ABŞ) istirahət üçün iclası başa çatdırıblar.

O qeyd edib: Bu gün danışıqları yenidən bərpa edəcəyik. Daha çox inkişaf əldə olunacağına ümid edirik.

Qeyd edək ki, İran və Oman xarici işlər nazirləri bu gün səhər, İran və ABŞ arasında keçirilən dolayı danışıqların üçüncü raundunun baş tutduğu İsveçrənin Cenevrə şəhərində görüşərək müzakirə aparıblar.

Sizin rəyiniz

You are replying to: .
captcha