24 fevral 2026 - 14:52
Source: IRNA
Qəribabadi BMT İnsan Hüquqları Şurasında: Sanksiya və müharibəni sınaqdan keçirdiniz, nəticə əldə etmədiniz; indi hörmət və diplomatiyanı təcrübə edin

Qəribabadi BMT İnsan Hüquqları Şurasında: Sanksiya və müharibəni sınaqdan keçirdiniz, nəticə əldə etmədiniz; indi hörmət və diplomatiyanı təcrübə edin

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi BMT-nin İnsan Hüquqları Şurasının iclasında çıxışı zamanı bildirib: İranla bağlı sanksiya və müharibəni sınaqdan keçirdiniz və nəticə əldə etmədiniz; indi diplomatiya və hörməti təcrübə etməyin vaxtıdır.

Qəribabadi bazar ertəsi BMT İnsan Hüquqları Şurasının yüksək səviyyəli iclasında deyib: Özlərini insan haqları müdafiəçisi adlandıranlar müdafiəsiz Qəzza xalqına qarşı sionist rejimin törətdiyi və 244 mindən çox insanın həlak olması və yaralanması ilə nəticələnən vəhşi cinayətlər qarşısında bu rejimə dəstək verməkdən və beynəlxalq, o cümlədən insan hüquqları platformalarında ona qarşı hər hansı addımın qarşısını almaqdan başqa nə ediblər?

O bildirib ki, təəssüf ki, İnsan Hüquqları Şurası saxta insan haqları iddiaçılarının əlində alətə çevrilib və bu ölkələr üçün insan hüquqları əhəmiyyət kəsb etmir.     

O əlavə edib ki, insan haqları iddiaçılarının sivilizasiyaları hələ formalaşmamışdan əvvəl İran sivilizasiya və insan haqlarının beşiyi olub. İlk insan hüquqları sənədi sayılan və 25 əsrdən çox əvvəl İranda tərtib olunan Kuruş bəyannaməsi buna sübutdur.

Sizin rəyiniz

You are replying to: .
captcha