Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livanın Hizbullah hərəkatının şəhid baş katiblərinin şəhid olmalarının birinci ildönümü ilə eyni vaxtda Şeyx Nəim Qasim “Əl-Əhd” xəbər portalına müsahibəsində bildirib ki, bu mərasim müqavimət yoluna yenidən beyət və əhdin təzələnməsi olub və həm Livan daxilində, həm də onun hüdudlarından kənarda mühüm mesajlar daşıyıb.
Hizbullahın baş katibi çıxışında regiondakı proseslərdə ABŞ-nin roluna toxunaraq bildirib ki, İsrail rejimi ABŞ-nin idarəçiliyi ilə fəaliyyət göstərir və Vaşinqtonun maraqları istiqamətində hərəkət edir.
O, ABŞ prezidenti Donald Trampin “sülh güc vasitəsilə” şüarına işarə edərək bu yanaşmanı hərbi güc yolu ilə təzyiq göstərilməsi və siyasi iradənin zorla qəbul etdirilməsi kimi dəyərləndirib.
Sizin rəyiniz