23 fevral 2026 - 21:58
Ərəb Liqasının Baş katibi Sionist Rejimin Böyük Ambisiyalarına Cavab Verir

Ərəb Liqasının Baş katibi Əhməd Əbul Qeyt ABŞ-ın İşğal Olunmuş Ərazilərdəki səfiri Mayk Hakabinin rejimin Nil-Fərat Layihəsinə əsaslanaraq Qərbi Asiyaya nəzarət etmək hüququ ilə bağlı sözlərinə cavab verdi.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ərəb Liqasının Baş katibi Əhməd Əbul Qeyt ABŞ-ın İsraildəki səfiri Mayk Hakabinin İsrailin Nil-Fərat Layihəsinə əsaslanaraq Qərbi Asiyaya nəzarət etmək hüququ ilə bağlı cəfəngiyyatına cavab verdi.

Əbul Ğeyt açıqlamada Hakabinin Əhdi-Ətiqdən dini mətnlərə istinad edən sözlərini "çox radikal" adlandırdı.

Baş katib Əbul Ğeytin sözçüsü Camal Rüşdi də ABŞ səfirinin sözlərini "diplomatiyanın bütün müəyyən edilmiş prinsiplərinə və normalarına zidd, eləcə də məntiqsiz və irrasional" adlandırdı.

Sözçü əlavə etdi: "Tamamilə əsassız olan bu cür ifrat ifadələr, ölkələrin Qəzza sülh müqaviləsinin həyata keçirilməsi yollarını müzakirə etmək və bu fürsətdən istifadə edərək ciddi sülh prosesinə başlamaq üçün Sülh Şurasının himayəsi altında görüşdüyü bir vaxtda dini və millətçi hissləri alovlandırmağa xidmət edir."

Qeyd edək ki, ABŞ-ın Təl-Əvivdəki səfiri Mayk Hakabi bildirib ki, İsrailin "Yaxın Şərqin daha çox hissəsinə nəzarət etmək üçün dini hüququ" var.

Təl-Əvivdə verdiyi müsahibə zamanı amerikalı jurnalist Taker Karlson səfirdən Yaradılış 15-ci fəslinə istinad edərək "Böyük İsrail" anlayışı barədə soruşdu. Bu fəsildə Allahın İbrahimlə "Nildən Fərat çayına qədər" torpaq hədiyyəsi barədə söhbəti təsvir olunur.

Jurnalist Hakabidən İsrailin indiki İordaniya, Suriya və Livanı, eləcə də Səudiyyə Ərəbistanı və İraqın bir hissəsini əhatə edən torpaqlara haqqı olduğu fikri ilə razı olub-olmadığını soruşdu. Səfir müsahibəsində bütün Qərbi Asiyaya toxunaraq əlavə edib ki, "İsrail hər şeyi ələ keçirsəydi, yaxşı olardı".

Sizin rəyiniz

You are replying to: .
captcha