18 fevral 2026 - 19:37
Source: IRNA
İİR Hərbi Dəniz Qüvvələrinin komandanı Yeni Dehliyə səfər edib

Hərbi Dəniz Qüvvələrinin komandanı Yeni Dehliyə səfər edib

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı IONS (Hind Okeanı Dəniz Qüvvələri forumu) liderlər toplantısında, “Milan-2026” beynəlxalq dəniz təlimində və Beynəlxalq Donanma Baxışı (IFR) proqramında iştirak etmək məqsədilə Yeni Dehliyə səfər edib.

“Milan” təlimi hər iki ildən bir Hindistanın mühüm limanlarından birində keçirilir və dünyanın 70-dən çox ölkəsinin hərbi dəniz qüvvələri bu təlimdə iştirak edir. Bu il 13-cü dəfə təşkil olunan təlim 18 fevraldan 25 fevraladək Vizaqapatnam limanında və Benqal körfəzi akvatoriyasında keçiriləcək.

Sizin rəyiniz

You are replying to: .
captcha