Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İshaq Hersoq xarici jurnalistlərin Qəzzaya girişiə qoyulan qadağanın davamı ilə bağlı suala cavabında diqqəti İrana yönəldib.
Onun bu yanaşması sosial şəbəkələrdə geniş tənqidlərə səbəb olub, bəzi istifadəçilər tərəfindən isə “Avstraliyanın daxili işlərinə müdaxilə” kimi qiymətləndirilib.
"Əl-Cəzirə Mübaşir"in yaydığı məlumata görə, müsahibə zamanı aparıcılar 2023-cü ilin oktyabrından qüvvədə olan və beynəlxalq medianın Qəzzaya müstəqil çıxışını məhdudlaşdıran qadağanın nə vaxt aradan qaldırılacağını sual ediblər.
Hersoq cavabında təhlükəsizlik vəziyyətinə istinad edərək Qəzzanı “çox sıx məskunlaşmış və tam minalanmış ərazi” adlandırıb və bildirib ki, məhdudiyyət jurnalistlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Sizin rəyiniz