Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının BMT yanında daimi nümayəndəsi və səfiri Əmir Səid İrəvani vurğulayıb: İsrail rejimi beynəlxalq hüquqa, o cümlədən 1974-cü ildə qəbul olunmuş qüvvələrin ayrılması haqqında sazişə əməl etməli və Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına son qoymalıdır.
O, Yaxın Şərq və Suriya ilə bağlı vəziyyətə toxunaraq bildirib: İsrail rejiminin Suriya torpaqlarını işğal etməsinin davam etməsi və bu rejimin, o cümlədən Suriyanın işğal olunmuş Colan bölgəsində həyata keçirdiyi hərbi fəaliyyətlər regionda sabitlik və sülh üçün birbaşa təhdid olaraq qalır.
Səfir qeyd edib: İran İslam Respublikası Suriyanın suverenliyi, birliyi və ərazi bütövlüyünə qəti dəstəyini, həmçinin bu ölkənin rəhbərliyi ilə aparılan siyasi prosesə dəstəyini bir daha təsdiqləyir və terrorizmdən, xarici işğaldan və kənar müdaxilələrdən uzaq, sabit, vahid və təhlükəsiz Suriyaya dəstəyini davam etdirəcək.
Sizin rəyiniz