Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İndoneziya və Qırğızıstanın xarici işlər nazirləri İslam İnqilabının Qələbə ildönümü münasibətilə İranın xarici işlər naziri Seyid Abbas Əraqçiyə təbrik mesajları ünvanlayıblar.
İndoneziya Respublikasının xarici işlər naziri Suqi Yuno, Seyid Abbas Əraqçiyə göndərdiyi mesajda İslam İnqilabının Qələbəsinin 47-ci ildönümü münasibətilə iranlı həmkarını, eləcə də İran hökuməti və xalqını təbrik edib.
Qırğızıstan Respublikasının xarici işlər naziri Jenbek Kulubayev də İslam İnqilabının Qələbəsinin 47-ci ildönüm münasibətilə ünvanladığı mesajda Seyid Abbas Əraqçiyə təbriklərini və xoş arzularını çatdırıb.
Sizin rəyiniz