14 fevral 2026 - 17:41
Source: IRNA
Şəmxani: Raketlərimiz qırmızı xətdir və danışıqlar mövzusu deyil / İrana qarşı hər hansı avantüraya güclü cavab veriləcək

Şəmxani “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib ki, sionist rejim Vaşinqtonun birbaşa dəstəyi olmadan hər hansı hərəkətə əl ata bilməz.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabının Ali Rəhbərinin Ali Müdafiə Şurasındakı nümayəndəsi bir daha vurğulayıb ki, İran İslam Respublikasının raket gücü qırmızı xətdir və müzakirə predmeti ola bilməz. Tehran özünə qarşı hər hansı mümkün avantüraya güclü, qəti və adekvat cavab verəcək.

Şəmxani “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib ki, sionist rejim Vaşinqtonun birbaşa dəstəyi olmadan hər hansı hərəkətə əl ata bilməz.

O qeyd edib: Hərbi hazırlıq səviyyəsi yüksəkdir və istənilən tərəfin yol verəcəyi səhv hesablamalarının nəticələri ağır olacaq.

Şəmxani vurğulayıb: Regionun sabitliyi və təhlükəsizliyinə mənfi təsir göstərən addımlardan çəkinmək bütün tərəflər üçün məntiqi və rasional yoldur.

O əlavə edib: Danışıqlar real yanaşma və həddindən artıq tələblərsiz aparılarsa, müsbət istiqamətdə irəliləyə və bütün tərəflərin maraqlarını təmin edə bilər.

Sizin rəyiniz

You are replying to: .
captcha