12 fevral 2026 - 14:46
Azərbaycanda parklara ciddi ehtiyac duyulduğu bir zamanda Bolqarıstanda Şuşa parkı salınacaq

Bu barədə məlumatı İ. Əliyevin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yayıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İlham Əliyevin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin başçılıq etdiyi nümayəndə heyəti hazırda Bolqarıstan Respublikasında işgüzar səfərdədir.

Bu barədə məlumatı İ. Əliyevin Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yayıb.

Məlumata əsasən, səfər proqramı çərçivəsində fevralın 11-də Azərbaycan Respublikası Hökuməti, Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında üçtərəfli sənəd imzalanıb. Saziş Bolqarıstanın Veliko Tırnovo şəhərində Şuşa parkının yaradılması və yenidən qurulması üzrə əməkdaşlığı nəzərdə tutur.

Vurğulanıb ki, imzalanan bu sənəd iki dövlət arasındakı mədəni və humanitar münasibətlərin dərinləşməsi baxımından xüsusi çəkiyə malikdir. Saziş, eyni zamanda, Şuşa parkının salınması və bərpası prosesində tərəflərin birgə fəaliyyətini tənzimləyən və layihənin həyata keçirilməsini təmin edən hüquqi bazanı formalaşdırır.

Sizin rəyiniz

You are replying to: .
captcha