Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici işlər naziri Seyyid Abbas Əraqçi Əl-Cəzirəyə verdiyi müsahibədə qeyd edərək vurğulayıb: Vaşinqtonla danışıqlar yaxşı bir başlanğıc idi, lakin aramızda etimad yaratmaq üçün uzun bir yol var.
Vaşinqtonla danışıqlar dolayı yolla aparıldı və biz yalnız nüvə məsələsini müzakirə etdik.
Uranın zənginləşdirilməsi bizim danılmaz hüququmuzdur və davam etməlidir; bombardmanla belə, onlar imkanlarımızı məhv edə bilmədilər. Uranın zənginləşdirilməsi ilə bağlı inandırıcı bir razılığa gəlməyə hazırıq.
Raketlər heç vaxt müzakirə olunmur, çünki onlar müdafiə məsələsidir.
Danışıq prosesi hər hansı bir təhdid və ya təzyiqdən azad olmalıdır və biz bu yanaşmanı Amerika siyasətində görməyə ümid edirik.
Qarşılıqlı maraqlara əsaslanan ədalətli nəticəyə çatmaq üçün real danışıqların aparılması üçün etimad yaratmalıyıq.
Vaşinqton əvvəlki hərbi hücumlardan sonra yumşaldı və danışıqlara qayıtdı.
İranın nüvə məsələsi yalnız danışıqlar yolu ilə həll ediləcək.
Sizin rəyiniz