Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiya Müdafiə Nazirliyi iki Ukrayna hərbi helikopterini məhv edən Şahed 136 pilotsuz təyyarənin hücumunun görüntülərini yayımlayıb.
Vurulan vertaliyotlardan biri Ukrayna Hərbi Hava Qüvvələrinin Sovet dövrünə aid Mi-24 hücum vertolyotudur. Digəri isə əvvəllər dəfələrlə hava dəstəyi əməliyyatlarında istifadə edilən çoxməqsədli Mi-8-dir.
Videoda Kanatovo hərbi aerodromunda iki ayrı zərbə göstərilir. Görüntülərdə bir operatorun dronların inertial hədəf sistemlərinə kömək etdiyi görünür.
Elektron müharibə üzrə ekspert və Ukrayna müdafiə nazirinin müşaviri Sergey Beskrestov hücumu təhlil edərkən bildirib ki, "Bu dronlar radar aşkarlanmasından yayınmaq üçün çox aşağı hündürlüklərdə manual şəkildə idarə olunub".
Qeyd edək ki, Rusiya müdafiə sektorunun Geran-2 (Rusiyada Şahed 136 belə adlanır) dronlarının istehsal gücü 2022-ci ilin sonlarında istifadəyə verildikdən bəri kəskin şəkildə artmışdır. Beləki hər ay bu dronlardan 3000-dən artıq düzəldiyi bildirilir.
Sizin rəyiniz