Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yanvarın 8 və 9-da, gecə saatlarında ABŞ və sionist rejimin planları əsasında İran xalqının hüquqi sülhməramlı etirazlarını iğtişaş və küçə müharibəsinə çevirən terrorçular İranın tarixi və dini abidələrinə od vurub yandıraraq məhv etmişlər. İğtişaşçıların ən çox ziyan vurduqları əyalət İranın Gilan və Gülüstan əyalətidir. Belə ki, Gilanda qədimi tarixi Bazar və Qaleş camaatının dini abidələri yandırılaraq külə döndərilib. Qurqanda isə, dünya səviyyəli İslam dünyaının tanınmış və nüfuzlu alimlərindən olan Şeyx Bəhai, Molla Sədra Şirazi və mir Fendereski kimi şəxsiyyətlərin dərs oxuduqları İmadiyyə Mədrəsəsi də yandırılan elm və din ocaqlarının siyahısında olub...
Sizin rəyiniz