Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qanuinsuz sionist rejimə bağlı media, ABŞ-nin İrana qarşı hərbi hücum etməkdən çəkinməsinin səbəbinin yalnız siyasi qərar deyil, həm də İranın nəzarət edilə bilməyən və qətiyyətli cavabının nəticələrindən qaynaqlandığını ifşa edib.
Bu barədə, sionist rejimin ordu radiosu xəbər verib ki, ABŞ Müdafiə Nazirliyinin (Pentagon) məmurları, Yaxın Şərqdəki ABŞ silahlı qüvvələrinin İranın geniş və ağır cavabına qarşı kifayət qədər güclü olmadığından qorxduqlarını bildirib.
Bu mənbənin dediyinə görə, İranın hücumlara cavab planı ABŞ-ni birbaşa qarşıdurmaya və hətta geniş bir müharibəyə sala bilərdi.
“Zaman İsrail” xəbər agentliyi də yazıb ki, Tramp təsəvvür edirdi ki, İrana ağır bir zərbə vuran bilər, lakin nəhayət başa düşdü ki, belə bir hərəkət uzun və baha başa gələ biləcək bir müharibəyə səbəb ola bilər; Belə bir müharibə ki, onun nəzarəti Vaşingtonun əlindən çıxmış olacaqdı.
Sizin rəyiniz