Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiya prezidenti, İran İslam Respublikasının prezidenti ilə telefon danışığında, 12 yanvarda İran xalqının möhtəşəm yürüşünə işarə edərək deyib: İran xalqının milyonluq yürüşü, sistem, Rəhbərlik və öz hökumətlərindən himayət göstəricisi idi.
Rusiya prezidenti Vladimir Putin, Dr. Pezeşkanla telefon danışığından şad olduğunu və İran Rəhbəri və xalqına öz səmimi salamlarını çatdırmasını bildirərək, Rusiya İranda baş verən son hadisələri diqqət və həssaslıqla izlədiklərini, eləcə İranın daxilində baş verənləri rəngli inqilaba bənzədərək əlavə etdi: Biz tam olaraq başa düşürük ki, uzun müddətli qeyri-qanuni sanksiyalar səbəbindən İranda iqtisadi və sosial çətinliklər yaranıb, lakin qarışıqlıq və iğtişaşların dinc aksiyalarla heç bir əlaqəsi yoxdur.
Rusiya prezidenti eləcə xaricdən himayət olunaraq hökumət idarələrinə, ictimai, dini obyektlərin dağıdılması və asayiş keşikçilərinə hücumları tənqid edərək deyib:
İran xalqının milyonluq yürüşü, sistem, Rəhbərlik və öz hökumətləridən himayətin göstəricisidir.
Ümid edirik ki, İran hökumətinin iqtisadi sahədəki tədbirləri nəticəsində iqtisadi inkişafın şahidi olaq və eyni zamanda bizim beynəlxalq arenada İranın vəziyyətinin yaxşılaşdırılması və gərginliklərin azaldılması üçün diplomatik səylərimizi davam etdirək.
Sizin rəyiniz