17 yanvar 2026 - 18:49
Qəzzədə Soyqırım daha şiddətlənib \ Səhiyyə xidmətləri aradan gedib \ Atəşkəsdən sonra sistematik radikallıq səngimir

Ötən ilin 10 Oktyabr tarixindən etibarən başladılan atəşkəsdən bu yana qanunsuz İsrail rejimi 451 günahsız fələstinlini qətlə yetirib. Şəhid olanların içərisində azı 100 nəfəri uşaqdır. Sionist rejim azı 40 humanist təşkilatların qeydiyyatını ləğv edib və fələstinli qadınlara qarşı nəsil artımına qarşı vəhşiliyi sistematik şəkildə qabağa aparır. Baxmayaraq ki, BMT və sair beynəlxalq təşkilatlar qanunsuz İsrail rejikminin Fələstinlilərə qarşı bu addımını Soyqırım aktının bir növü kimi qiymətləndiriblər lakin sionist rejim cinayətlərini davam etdirir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ötən ilin 10 Oktyabr tarixindən etibarən başladılan atəşkəsdən bu yana qanunsuz İsrail rejimi 451 günahsız fələstinlini qətlə yetirib. Şəhid olanların içərisində azı 100 nəfəri uşaqdır. Sionist rejim azı 40 humanist təşkilatların qeydiyyatını ləğv edib və fələstinli qadınlara qarşı nəsil artımına qarşı vəhşiliyi sistematik şəkildə qabağa aparır. Baxmayaraq ki, BMT və sair beynəlxalq təşkilatlar qanunsuz İsrail rejikminin Fələstinlilərə qarşı bu addımını Soyqırım aktının bir növü kimi qiymətləndiriblər lakin sionist rejim cinayətlərini davam etdirir.

HƏMAS-ın Qəzzadakı Səhiyyə Nazirliyi elan edib ki, 10 oktyabr 2025 tarixdə İsrail rejimi ilə bağlanan atəşkəs rejimindən bu günə kimi 451 fələstinli İsrail rejim hərbiçiləri tərəfindən şəhid edilib və 1251 nəfər isə ağır dərəcəli bədən və ruhi xəsarətlərlə yaralanıb.

Aksfam təşkilatı ötən gün xəbərdarlıq edib ki, atəşkəs rejiminin bərqərar olmasına baxmayaraq İsrail hərbiçilərinin hücumları davam etməkdədir. Belə ki, 440 nəfərdən çox fələstinli öldürülüb və 2500 dən çox yaşayış massivləri viran edilib və humanitar yardımların önü isə daha şiddətlə alınır.

Xatırladaq ki, 07 Oktyabr 2023 tarixdən etibarən İsrail rejiminin tam qüdrəti ilə Qəzza Zolağını işğal etmək cəhdi 71 min 400 fələstinlinin həyatına son qoyub ki bunlardan 20 mini azyaşlı və körpə uşaqıardır.

Sizin rəyiniz

You are replying to: .
captcha