Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı Bəndər Ənzəli və Kaspi dənizinin cənub sahillərində bu yaxınlarda keçirilən birləşmiş təlimdən məmnunluğunu ifadə edərək dedi: Yaxın vaxtlarda Kaspiyani ölkələrlə əməkdaşlıq çərçivəsində yeni birləşmiş təlim keçiriləcək.
Bu sözləri kontr-admiral Şəhram İrani çərşənbə axşamı Sankt-Peterburqda Kaspi ətrafı ölkələrin hərbi dəniz qüvvələri komandirlərinin görüşündə deyib.
Rusiya Hərbi Dəniz Qüvvələri komandanının ev sahibliyi etdiyi iclasda kontr-admiral İrani Kaspi ətrafı dövlətlərin bu dənizlə bağlı sahələrdə çox yaxşı münasibətlər müəyyən etdiyini bildirib və deyib: Kaspi dənizi yalnız Kaspi dənizinin beş sahilyanı dövlətinə aiddir, o cümlədən İran, Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan Respublikasına məxsusdur və onun məsələlərini bu beş dövlət həll edəcək.
İran Hərbi Dəniz Qüvvələrinin komandanı deyib: Kaspi regiondankənar güclərin yeri deyil və Kaspi ətrafı dövlətlər onların güc göstərməsinə icazə verməyəcəklər.
O, vurğuladı: Bu dənizlə bağlı Kaspi ətrafı dövlətlər özləri qərar verəcəklər.
Kontr-admiral İrani qeyd edib: Kaspi ətrafı ölkələrin imkanları o səviyyədədir ki, onlar davamlı təhlükəsizliyi təmin edə və iqtisadi dinamizmə töhfə verə və ekoloji problemləri həll edə bilərlər.
Sizin rəyiniz