26 avqust 2025 - 16:58
Amerikalılar Hizbullahın tərksilah edilməsini İsrailin Livandan çəkilməsi üçün ilkin şərt kimi vurğulayırlar

Barak Livan rəsmiləri ilə görüşündə Hizbullahın tərksilahı ilə paralel olaraq sionist rejimin cənubi Livana hücumlarının dayandırılmasını müzakirə edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ağ Evin xüsusi nümayəndəsi Tomas Barakın başçılıq etdiyi Amerika nümayəndə heyəti Beyruta yenidən səfər edib.

O, Baabda sarayında ölkə prezidenti ilə görüşdükdən sonra Livanın sionist rejim tərəfindən işğal olunmasına son qoyması üçün Hizbullahın silahlarına qarşı düşmən mövqelərini təkrarlayıb.

ABŞ prezidentinin Livan və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak bu gün səhər Beyruta etdiyi səfərində Livan prezidenti Cozef Aun ilə Baabda sarayında keçirdiyi görüşdə bir daha Livan hökumətinin Hizbullahı tərksilah etməsini vurğulayıb.

Barak Livan rəsmiləri ilə görüşündə Hizbullahın tərksilahı ilə paralel olaraq sionist rejimin cənubi Livana hücumlarının dayandırılmasını müzakirə edib.

O, vurğulayıb: Sionist rejim ordusunun Livandan çıxarılması Livan hökumətinin Hizbullahı tərksilah etmək üçün “ciddi” addımlar atmasına bağlıdır.

Tags

Sizin rəyiniz

You are replying to: .
captcha