Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bu gün səhər (9 avqust) Prezident əvvəlcədən elan olunmadan İRİB-in xəbərlər kanalına və müxtəlif şöbələrinə baş çəkdi.
Müsahibə zamanı Zati Aliləri, Cənab Prezident Pezeşkiyan medianın xalqın səsi olduğunu vurğulayaraq dedi:
“Bizim çox savadlı jurnalistlərimiz var. Onlar sionist rejimin təcavüzü altındakı məzlum xalqın səsini dünyanın qulağına çatdırırlar.”
Zati Aliləri, Cənab Prezident, medianın ixtilafları aydın, şəffaf və açıq şəkildə ifadə edə biləcəyini bildirərək əlavə ediblər:
“Sionist rejim və ABŞ ilə 12 günlük müharibə zamanı milli media İran xalqının bu təcavüzə qarşı birlik, vəhdət və hərtərəfli müdafiə faktoru idi.”
Sizin rəyiniz