27 iyul 2025 - 23:14
Nəhayət 42 gündən sonra Bakı faşist İsrail rejiminin İİR-a hücumunu qətiyyətlə məhkum etdi

Danışıqlarda həmçinin İİR-ın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əliəkbər Əhmədyanın Azərbaycana səfəri ilə bağlı razılaşmaların, o cümlədən bu ölkədə təhsil alan İranlı tələbələrin problemlərinin aradan qaldırılması məsələlərinin araşdırılması qərara alınıb.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Azərbaycan Respublikasına qanunsuz yollarla hakim kəsilmiş əliyevlər sülalə rejiminin prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev, nəhayət 42 gündən sonra, bu gün, 27 iyul 2025 tarixdə İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası Katibliyinin beynəlxalq siyasət və təhlükəsizlik məsələləri üzrə müavini ilə telefon danışığında sionist rejimin İran ərazisinə hücumunu qətiyyətlə pislədi.

Telefon söhbətində iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi və prezidentlər arasında əldə olunmuş razılaşmaların sürətlə həyata keçirilməsi vurğulanıb.

Danışıqlarda həmçinin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əliəkbər Əhmədyanın Azərbaycana səfəri ilə bağlı razılaşmaların, o cümlədən bu ölkədə təhsil alan İranlı tələbələrin problemlərinin aradan qaldırılması məsələlərinin araşdırılması qərara alınıb.

Sizin rəyiniz

You are replying to: .
captcha