İRANIN İSLAMA XİDMƏTLƏRİ
Səfəvilər dövləti – Ərdəbil və İran tarixində parlaq və əlamətdar bir dövr \ FOTO
Ayətullah Seyyid Həsən Amili bildirib ki, Səfəvi Qızılbaşlarının gücü, əzəməti və İran tarixindəki dərin təsiri tərifə layiqdir və bu dövr həm Ərdəbilin, həm də İranın ən parlaq və əlamətdar hakimiyyət dövrlərindən biri hesab olunur.
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Vəliyyi-fəqihin Ərdəbil vilayətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Ayətullah Seyyid Həsən Amili bildirib ki, Səfəvi Qızılbaşlarının gücü, əzəməti və İran tarixindəki dərin təsiri tərifə layiqdir və bu dövr həm Ərdəbilin, həm də İranın ən parlaq və əlamətdar hakimiyyət dövrlərindən biri hesab olunur.
Şənbə axşamı, Səfəvilər sülaləsinin İran hakimiyyətinə gəlməsinin ildönümü və “Ərdəbil Günü” münasibətilə Şeyx Səfiəddin Ərdəbilinin tarixi kompleksində xalqın və rəsmilərin iştirakı ilə keçirilən mərasimdə çıxış edən Ayətullah Amili vurğulayıb:
“Ali Rəhbər, heç bir vilayət haqqında Ərdəbil qədər bu dərəcədə dərin və dəyərli sözlər söyləməyib. Bu bizim üçün böyük bir iftixardır.”
O əlavə edib:“Qızılbaşların qüdrəti və tarixi rolu dərindən təhlil olunmalıdır. Səfəvilərin hakimiyyəti təkcə siyasi deyil, həm də dini və mədəni baxımdan Ərdəbilin və İranın tarixində önəmli və misilsiz bir mərhələdir.”
Tədbirdə iştirak edən Kan Dilek, türkiyəli mədəniyyətşünas da çıxış edərək bildirib:“Biz Ərdəbil xalqına böyük yaxınlıq hiss edirik. Qızılbaşlara və Səfəvi hökmdarlarıyla qürur duyuruq və özümüzü yad deyil, əsl ərdəbilli hesab edirik.”
O əlavə edib:“Şeyx Səfiəddin bizim pirimiz və mürşidimizdir, onun məzarı Ərdəbildə yerləşir. Biz hələ də Ələviyik, ürəyimiz Ərdəbil xalqı ilə birdir. Ərdəbil bizim üçün sadəcə bir coğrafiya deyil, ruh, iman və ümid qibləsidir.”
Kan Dilek həmçinin qeyd edib:“Böyük mədəniyyətə malik İran xalqı, 12 günlük müharibədə sionist rejimin təcavüzünə qarşı böyük qeyrət və şücaət göstərdi. Biz İran xalqı və Ərdəbil əhalisi ilə fəxr edirik.”
Sizin rəyiniz