26 iyul 2025 - 11:12
Yerli və beynəlxalq təşkilatlar Qəzzada aclıq və qida çatışmazlığı səbəbindən uşaqların tədricən öldüyü barədə xəbərdarlıq edir

Beynəlxalq Xilasetmə Komitəsi: "Qəzzada iki milyondan çox insanın təcili olaraq qida, su və yanacağa ehtiyacı var və bu ehtiyaclar təxirə salınmadan ödənilməlidir."

Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi –ABNA: Qəzza zolağında humanitar böhranın artmaqda davam etdiyi bir vaxtda yerli və beynəlxalq təşkilatlar aclıq və ağır qida çatışmazlığı səbəbindən uşaq və körpələrin tədricən ölməsi barədə xəbərdarlıq ediblər.

Qəzzadakı QHT şəbəkəsinin rəhbəri Əl-Cəzirə telekanalına müsahibəsində deyib: Pis qidalanmadan əziyyət çəkən uşaqlar üçün keçən hər an onların ölüm riskini artırır. Həyati əhəmiyyətli yardımların daxil olmasına icazə vermək üçün işğalçı rejimə beynəlxalq ictimaiyyət tərəfindən dərhal real və təsirli təzyiq göstərilməlidir.

Bu arada Beynəlxalq Xilasetmə Komitəsi bəyanat yayıb: "Qəzzada aclıqdan ölən uşaq və körpələrlə bağlı xəbərlərdən dərin təşviş içindəyik. Qəzzada baş verənlər, demək olar ki, tam blokada və yardımların ölkəyə girişinə ciddi məhdudiyyətlər nəticəsində yaranmış süni aclıq böhranıdır".

Xilasetmə Komitəsi vurğuladı: "Qəzzada iki milyondan çox insanın təcili olaraq qida, su və yanacağa ehtiyacı var və bu ehtiyaclar təxirə salınmadan ödənilməlidir."

Digər tərəfdən, Fələstin hökumətinin Qəzzadakı media ofisi aclıq və qida çatışmazlığı, qida, su və dərmanların demək olar ki, tamamilə tükənməsi səbəbindən əksəriyyəti uşaq və körpələrdən ibarət 115 nəfərin öldüyünü bildirib.

Sizin rəyiniz

You are replying to: .
captcha