Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabının Ali Məqamlı Rəhbəri üçüncü videomüraciətində Böyük İran Xalqının sionist rejim və ABŞ üzərində ölkəmizə tətbiq edilən müharibədə qələbə çalması münasibətilə təbrik edib və Böyük İran Xalqının fövqəladə birliyi və vəhdətini yüksək qiymətləndirib.
İmam Xamenei həzrətlərinin mesajının tam mətni belədir:
Bismilləhir Rahmənir Rahim
Salam olsun əziz və böyük İran xalqına. Birincisi, son hadisələrin qiymətli şəhidlərinin, İslam Cümhuriyyəti üçün həqiqi və ədalətli dəyərli, xidmət edən şəhid generallar və şəhid alimlərin xatirəsini ehtiramla yad edirəm; in şə Allah onlar bu gün Allah Dərgahında göstərdikləri üstün xidmətlərinin mükafatını alırlar.
Böyük İran Xalqını təbrik etməyi zəruri hesab edirəm. Millətə bir neçə təbrik etmək istərdim:
Əvvəlcə saxta sionist rejim üzərində qələbə münasibətilə təbrik edirik. Sionist rejim bütün bu səs-küy, bütün bu iddialarla İslam Respublikasının zərbələri altında demək olar ki, süqut etdi və əzildi. İslam Respublikası tərəfindən rejimə bu cür zərbələrin endirilə biləcəyi düşüncəsi onların zehnindən və təxəyyülündən belə keçmirdi, amma bu oldu.
Öz raketlərinin təzyiqi və qabaqcıl silahlarının güclü hücumu ilə düşmənin ən son inkişaf etmiş çoxtəbəqəli müdafiə sistemlərini yarıb, şəhər və hərbi ərazilərinin bir çoxunu yerlə-yeksan edə bilən silahlı qüvvələrimizə kömək edən Allah Təalaya şükür edirik!
Bu, Allahın ən böyük nemətlərindən biridir; Bu onu göstərir ki, sionist rejim İran İslam Respublikasına hücumun ona baha başa gəldiyini anlamalıdır. İrana ücum onlar üçün xərc yaradır, çox ağır bir xərc yaradır və yaradacaqdır.
Allaha şükür ki, bu baş verdi; şərəf bizim sevimli silahlı qüvvələrimizə və bu silahlı qüvvələri öz içindən yaradan, onları yetişdirən, onlara dəstək olan, belə böyük bir işi yerinə yetirmək üçün onlara [güclü] əllər bəxş edən insanlara məxsusdur.
Allaha şükür ki, bu baş verdi; Bu işin iftixar və şərəfi bizim sevimli silahlı qüvvələrimizə və bu silahlı qüvvələri öz içindən yaradan, onları yetişdirən, onlara dəstək olan, belə bir böyük vəzifəni yerinə yetirmək üçün onlara [güclü] əl verib, onları güclü edən xalqa məxsusdur.
İkinci təbrik sevimli İranımızın Amerika rejimi üzərində qələbəsi ilə bağlıdır. Amerika rejimi bilavasitə müharibəyə girdi. Çünki, gördü əgər girməsə, sionist rejim tamamilə məhv olacaqdır. Onu xilas etmək üçün müharibəyə girdi, lakin heç bir nəticə əldə edə bilmədi. Onlar bizim nüvə obyektlərimizə hücum etdilər - əlbəttə bu məsələ öz növbəsində, müstəqil olaraq beynəlxalq məhkəmələrdə qaldırılmağa və və bu cinayəti təqib etməyə layiqdir - lakin mühüm bir şey edə bilmədilər.
ABŞ prezidenti (1) baş verən hadisələri qeyri-adi şəkildə şişirtdi və məlum oldu ki, bu şişirtmə ona lazım idi; onun sözlərini eşidən hər kəs anlayırdı ki, bu sözlərin səthinin altında başqa bir həqiqət var. Onlar heç nə edə bilmədilər, məqsədlərinə çata bilmədilər və buna görə də həqiqəti ört-basdır etmək, gizli saxlamaq üçün gördükləri işləri şişirtdilər. Burada da İslam Respublikası qalib gəldi və bunun müqabilində İslam Respublikası Amerikanın yanağına ağır bir şillə vurdu; Bölgədəki mühüm Amerika bazalarından biri olan Əl-Udeyd bazasına hücum etdi və ağır ziyanlar vurdu. Öz törətdikləri işdə hadisəni şişirdən həmin adamlar, baş verən Bu Böyük Bir Hadisəni minimuma endirməyə, heç nə olmadığını deməyə can atıb çalışırdılar. İslam Respublikasının regiondakı mühüm Amerika mərkəzlərinə əl tapması və lazım bildiyi zaman onlara qarşı tədbir görə bilməsi kiçik bir hadisə deyil, bu Böyük Bir Hadisədir. Bu hadisə gələcəkdə də təkrarlana bilər; hücum edilərsə, düşmənə və təcavüz edənə baha başa gələcək.
Üçüncü təbrik İran Xalqının nümayiş etdirdiyi fövqəladə birliyi və vəhdəti münasibətilə olan təbrikdir. Allaha həmd olsun, doxsan milyona yaxın olan əhali, birparça, yekdil, çiyin-çiyinə, bir-birinin yanında, dilə gətirdikləri tələb və niyyətdlərinə heç bir fərq qoymadan düşmən qarşısında dayandılar, şüarlar səsləndirdilər, danışdılar, silahlı qüvvələrin davranışlarını dəstəklədilər, bundan sonra da belə edəcəklər. İran xalqı bu məsələdə öz əzəmətini, fərqli və görkəmli şəxsiyyətini göstərdi. Bu millət göstərdi ki, lazım olanda bu xalqın səsi eşidiləcəkvə Allaha həmd olsun ki, bu hadisə baş verdi.
Müraciətimdə əsas məqam kimi qeyd etmək istədiyim məqam ondan ibarətdir ki, ABŞ prezidenti öz bəyanatlarının və açıqlamalarının birində İranın təslim olmasının lazım olduğunu vurğuladı. “Təslim ol”! Bu, artıq zənginləşmə ilə bağlı məsələ deyil, bu, nüvə sənayesi ilə bağlı problem də deyil, məhz İranın təslim olması ilə bağlıdır.
Təbii ki, bu, ABŞ prezidentinin başından daha böyük bir sözdür. Əzəmətli İran, böyük tarixə malik olan İran, əzəmətli mədəniyyəti olan İran, polad təkin milli əzma malik olan İran kimi bir ölkə üçün “təslim ol” sözü İran millətini tanıyanlara gülməli və istehzalı gəlir. Lakin Trampın açıqlaması bir həqiqəti üzə çıxardı; Amerikalılar inqilabın əvvəlindən İslami İranla münaqişəyə giriblər və cırmaq atırlar, hər dəfə də bir bəhanə tapırlar: Bir dəfə İnsan hüquqları bəhanəsi ilə, bir dəfə demokratiyanı müdafiə etmək bəhanəsi, bir dəfə qadın hüquqları, bir dəfə uranın zənginləşdirməsi, bir dəfə nüvə məsələsinin özü, bir dəfə raket istehsalı məsələsi. Onlar müxtəlif bəhanələr gətirirlər, amma məsələnin mahiyyəti bir şeydən başqa bir şey deyil, o da “İranın təslim olması” məsələsidir. Amerikanın əvvəlki pezidentləri bunu demirdilər, çünki bu, qəbuledilməz bir məsələdir; xalqa təslim ol demək heç bir bəşəri məntiqdə qəbuledilməzdir, ona görə də bunu başqa ünvan və başlıqlar altında gizlədirlər. Amma bu şəxs (Tramp) bu həqiqəti ifşa etdi, göstərdi və açıq şəkildə bildirdi ki, amerikalılar yalnız İranın təslim olması ilə kifayətlənəcəklər. Və bu vacib bir məqamdır! İran milləti bilməlidir ki, Amerika ilə münaqişənin [səbəbi] budur və İran millətinə qarşı bu böyük təhqir amerikalılar tərəfindən edilir və belə bir hadisə (İranın təslim olması) heç vaxt baş verməyəcək; bu heç vaxt olmayacaq.
İran xalqı böyük xalqdır, İran güclü və geniş ölkədir, İran qədim sivilizasiyaya malikdir; Bizim mədəni və sivilizasiya sərvətimiz Amerika və onun bənzərlərindən yüz dəfələrlə çoxdur. Kiminsə İranın başqa bir ölkəyə təslim olacağını gözləməsi, şübhəsiz ki, müdrik və bilikli insanların məsxərə obyektinə çevriləcək uydurma və cəfəngiyyatlardan biridir.
İran milləti əzizdir və əziz olacaq, qalibdir və Allahın lütfü ilə qalib gələcək. Ümid edirik ki, Allah-Təala bu xalqı Öz lütfü sayəsində həmişə şərəf və izzətlə qoruyub saxlasın, Ali Məqamlı İmam Xomeyninin məqamlarını ucaltsın və İmam Zaman Həzrətlərini (Ona ruhumuz fəda olsun) bu ümmətdən razı salsın və xoşhal etsin. O, Ali Şəxsiyyətin köməyi bu millətin dayağı olsun.
Vəssəıamu Əleykum və Rəhmətullahi və Bərəkatuh
Sizin rəyiniz