Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İtaliyanın Roma və Milan şəhərlərində vətəndaşlar faşist İsrail rejimin işğalçı qüvvələrinin Madeleine humanitar gəmisinə hücumunu məhkum edərək genişmiqyaslı etiraz aksiyaları keçirilib.
Romanın mərkəzindəki tarixi Panteon meydanına toplaşan yüzlərlə etirazçı əllərində Fələstin bayraqları və “Soyqırımı dayandırın”, “İsrailə silah göndərilməsinə yox”, “Əllərinizi azadlıq donanmasından çəkin”, “İsrail terrorçu dövlətdir” kimi şüarlar yazılmış plakatlar tutaraq, aktivistlərin azad edilməsini tələb ediblər.
Milanda da iki etiraz aksiyası keçirilib; biri Piazza Mercanti-də, digəri isə hökumət binasının qarşısında, təxminən 500 nəfər iştirak edib.
İştirakçılar Qəzzanın mühasirəsinin davam etməsi və Madeleine gəmisinə hücuma qəzəblərini ifadə etməklə yanaşı, sionist rejimini cinayətlərinə son qoymağa çağırıblar.
Qeyd edək ki, Qəzzə əhalisi üçün humanitar yardım daşıyan “Madeleine” gəmisinin qeyri-qanuni şəkildə ələ keçirilməsi qlobal etiraz dalğasına və sionist rejimə qarşı tənqidlərə səbəb olub.
Sizin rəyiniz