26 may 2025 - 21:12
ABŞ-ın NATO-dakı danqaz nümayəndəsi: İran nüvə silahı əldə etməyəcək!

ABŞ-ın NATO-dakı təkəbbürlü nümayəndəsi Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramının dinc xarakter daşıdığını etiraf etməsinə toxunmadan deyib: İran nüvə silahı əldə etməyəcək.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Danqaz ABŞ-ın Şimali Atlantika Müqaviləsi Təşkilatındakı (NATO) nümayəndəsi Metyu Uitaker bazar günü “Fox News” telekanalına müsahibəsində İranın nüvə proqramının dinc xarakter daşıdığını və ya Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) etiraflarına heç bir işarə və etiraf etmədən deyib: “Donald Tramp açıq şəkildə bildirib ki, İran nüvə silahı əldə etməyəcək! İstər bu müzakirə yolu ilə baş versin istərsə də başqa bir həll yolu ilə.”

Bambılı Trampın 2018-ci ildə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini birtərəfli qaydada pozmasını və 2015-ci il nüvə razılaşmasından çıxmasını görməzlikdən gələn ABŞ-ın Şimali Atlantika Müqaviləsi Təşkilatındakı təkəbbürlü nümayəndəsi müsahibədə əlavə edib: “Biz İranla yoxlanılması və gələcəkdə həyata keçirilməsi mümkün olmayan razılaşma əldə etməyəcəyik”.

Metyu Uitaker əlavə edib: “Ukraynada müharibəyə son qoymaq üçün diplomatik və danışıqlar yolu ilə həll yolu olmalıdır. Ukraynada müharibənin hərbi yolla həlli yoxdur. Ukraynalılar və ruslar arasında davamlı sülh sazişi olmalıdır.”

Sizin rəyiniz

You are replying to: .
captcha