26 may 2025 - 18:31
Tramp: Zelenski ağzının danışığına fikir versin!

ABŞ-ın bambılı prezidenti ukraynalı təlxək həmkarını növbəti dəfə tənqid edərək, “Zelenski danışığına fikir versin!” deyib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Daha əvvəl Rusiya prezidenti Vladimir Putini tənqid edən ABŞ-ın bambılı prezidenti Donald Tramp ukraynalı təlxək həmkarı Vladimir Zelenskiyə də aman verməyib.

Tramp sosial media hesabında (Truth Social) yazıb ki, Zelenskinin dediyi hər şey problem yaradır. ABŞ prezidentinin sözlərinə görə, Zelenski belə danışmağı dayandırmalıdır.

ABŞ prezidenti yazıb: “Zelenski belə danışmaqla ölkəsinə kömək etmir. Ağzından çıxan hər şey bəlaya səbəb olur. Mənim xoşum gəlmir (belə danışıq) və o, sussa, daha yaxşı olar.”

Tramp Rusiya ilə bağlı deyib: “Rusiyanın Ukraynadakı hərəkətləri “əsassızdır” və Rusiyanın istəyi Ukraynanı tamamilə ələ keçirməkdirsə, bu istək “Rusiyanın süqutuna gətirib çıxaracaq” (!)

Dünyada bambılı kimi tanınan Tramp daha əvvəl Vladimir Putinlə çox yaxşı münasibətlərinə işarə edərək, Rusiya prezidentinin “tamamilə ağlını itirdiyini” iddia etmişdi!

Trampın açıqlamaları və iddiaları Rusiyanın Kiyevə son hücumundan sonra gəlib və Ukrayna rəsmiləri bunu 2022-ci ilin fevralında müharibə başlayandan bəri Moskvanın ən böyük pilotsuz təyyarəsi və raket hücumu adlandırıb.

Sizin rəyiniz

You are replying to: .
captcha