25 may 2025 - 12:00
110 Ukrayna pilotsuz təyyarəsinin Moskvaya hücumunun qarşısı alınıb

Bu pilotsuz uçan aparatlardan 13-ü Moskva və Tavriçesk vilayəti üzərində vurulub.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiya hava hücumundan müdafiə qüvvələri 110 Ukrayna pilotsuz təyyarəsini vura bilib.

Mehr Xəbər Agentliyinin "Rossiya Today" telekanalına istinadən verdiyi məlumata görə, Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə ölkənin cənub-qərb bölgələrində Ukraynaya məxsus pilotsuz təyyarələrin kütləvi hücumunun qarşısını almağa müvəffəq olub.

Bu hesabata görə, ötən gecə Bryansk, Kursk və Krım yarımadası da daxil olmaqla müxtəlif bölgələrdə 110 Ukrayna pilotsuz təyyarəsi vurulub. Bu pilotsuz uçan aparatlardan 13-ü Moskva və Tavriçesk vilayəti üzərində vurulub.

Rusiya hərbi qüvvələri müxtəlif cəbhələrdə irəliləyişlərini davam etdirir, ölkənin Müdafiə Nazirliyi şənbə günü Rusiya qüvvələrinin Ukraynanın şərqindəki Donetskdə irəliləyişlərini davam etdirərək Otradnoyeni ələ keçirdiklərini elan edib.

Sizin rəyiniz

You are replying to: .
captcha