Amerika mətbuatının məlumatına görə, daxili təhlükəsizlik naziri Vaşinqtonda Amerika Yəhudi Komitəsinin (AJC) tədbir keçirdiyi Yəhudi Muzeyi yaxınlığında baş verən atışmada iki İsrail səfirliyinin əməkdaşının gəbərdildiyini açıqlayıb. Atışmadan qısa müddət sonra Dövlət Departamenti atışmada şübhəli bilinən şəxsin həbs edildiyini açıqlayıb.
KİV-lər ABŞ polisinə istinadən bildirirlər ki, atışmada şübhəli bilinən 30 yaşlı İlyas Rodrigezdir və bu günə kimi onun qovluğunda heç bir cinayət işi yoxdur.
NBC xəbər verir ki, güllələnmədə şübhəli bilinən şəxs həbs olunarkən hicablı olub və “Fələstinə Azadlıq” şüarları səsləndirib.
Vaşinqton polis rəisi deyib ki, istintaq hələ ilkin mərhələdədir və biz atışmanın motivini araşdırırıq. O, əlavə edib: "Şəhərdə terror aktı və ya nifrət nitqi ilə bağlı heç bir məlumat almamışıq".
Bu arada faşist İsrail rejiminin BMT-dəki qondarma səfiri Denni Danon vurğulayıb: “İsrail diplomatlarına və yəhudi icmasına zərər vurmaq qırmızı xətti keçməkdir.”
O, Vaşinqtonda Yəhudi Muzeyi qarşısında baş verən ölümcül atışmanı antisemit motivli terror aktı kimi qiymətləndirərək əlavə edib: “İsrail bütün dünyada öz vətəndaşlarını və nümayəndələrini qorumaq üçün qətiyyətlə səy göstərməyə davam edəcək və biz əminik ki, Amerika hakimiyyəti bu cinayət əməlinin səbəbkarlarına qarşı sərt tədbirlər görəcək.”
Donald Tramp da “Truth Social” mesajlaşma proqramında verdiyi mesajda həlak olanların ailələrinə başsağlığı verib və atışmanın antisemitizmdən qaynaqlandığını vurğulayıb.
Tramp mesajında Vaşinqtonda şübhəsiz ki, yəhudilərə qarşı düşmənçilik əsasında törədilən dəhşətli cinayətlərə son qoyulmasının vacibliyini vurğulayıb və deyib:
“ABŞ-da nifrət yağdırmaq və ekstremizm üçün yer yoxdur və belə hadisələrin baş verməsi təəssüf doğurur.”
Sizin rəyiniz